Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təklif edəcək
Avropa Komissiyası yaxın günlərdə Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təklif etmək niyyətindədir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Avropa Komissiyasının artıq tətbiq edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə üçüncü ölkələrə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi hələ aydın deyil.
“Bu ideya keçən həftə Aİ nümayəndələri ilə gündəmə gətirildi, lakin bu mövzu çox həssas olduğu üçün onun faktiki təklifə daxil edilib-edilməyəcəyi bəlli deyil”, – “Politico” yazır.