DİN-in mətbuat xidmətindən verilən məlumatlar (04.05.2023)
Mayın 3-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
X X X
Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
X X X
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
X X X
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
X X X
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
X X X
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobil əvvəlcə “Mercedes” markalı avtomobillə toqquşub .
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Daha sonra isə yolun kənarı ilə hərəkətdə olan piyada, 1965-ci il təvəllüdlü Xəyyam Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
X X X
Polis əməkdaşlarının mayın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
X X X
Oğurluq
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 3 avtomobildən səsgücləndirici, akkumulyator, yan güzgüləri, 1 evdən mobil telefon və digər bir şəxsə məxsus velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Hüseynov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
X X X
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Emin Həsənov saxlanılıb. Araşdırmalarla onun bir vətəndaşın bank hesabından 3775 manat oğurlaması da müəyyən olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI