Volodimir Zelenski: “Qalib gəlsən belə, insanları qurban verməli olursan, bu, ağırdır”

“Əks-hücum əməliyyatlarının uğurlu olacağına inanıram”.

Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandda jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda əks-hücum əməliyyatlarına hazırlıq gedir: “Tərəfdaşların hərbi dəstəyi ilə bağlı bəzi gözləntilərimiz də var. Biz əlimizdən gələni edirik. Təkcə ordumuz deyil, həm də cəmiyyətimiz çalışır. Biz əks-hücum əməliyyatına hazırlaşırıq və bunun uğursuz olacağını düşünmürük”.

V.Zelenski söyləyib ki, müharibədə insanları itirmək çox ağırdır: “Qalib gəlsən belə, insanları qurban verməli olursan. Bu, ağırdır. Amma hər halda biz irəliləyəcəyik”.

Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən V.Zelenski yaxın vaxtlarda əks-hücum əməliyyatına başlayacaqlarını bildirmişdi.

Rəsmi Kiyevin mövqeyinə görə, 1991-ci il sərhədləri bərpa olunmadan, o cümlədən Krım azad olunmadan müharibə başa çatmayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir