Paşinyan: “Ermənistanda narkotiklərin dövriyyəsi o qədər ciddiləşib ki, bununla TŞ məşğul olur”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230504_080316.jpg)
“Ermənistanda narkotiklərin qanunsuz dövriyyəsi problemi o qədər ciddiləşib ki, hazırda bununla Respublikanın Təhlükəsizlik Şurası məşğul olur”.
“turanın səsi ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanda narkotik vasitələrin ticarəti durmadan artır, bunu narkotik kuryerlərinin saxlanılması hallarının artması da sübut edir”, – Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, müvafiq tapşırıqlar verilib.
“Biz bununla mübarizənin daha effektiv üsullarını tətbiq edəcəyik”, – o vəd verib.