Ankarada Türkçülük Günü qeyd olunub

Türkiyənin paytaxtı Ankarada 3 May Türkçülük Günü ilə əlaqədar tədbir keçirilib.

Turanın səsi ” Türkiyə bürosunun məlumatına görə, tədbir Keçiörən Bələdiyyəsi, Ankara Türk Ocağı (ATO) və Türk Aydınlar Vakfının (TAV) təşkilatçılığı ilə baş tutub.

“Türkçülük fikri və 3 May Türkçülük günü” mövzuda baş tutan paneldə Keçiören Bələdiyyə sədri Turğut Altınok, türkoloq, professor Ahmet Ercilasun, politoloq, professor Akif Akkuş çıxış ediblər.

Tədbirdə qeyd edilib ki, türkçülük gününün tarixi 1944-cü ilə söykənir. İrqçilik-Turançılıq iddiasının əsaslarından biri kimi göstərilən, ultramillətçi, şair, yazıçı Hüseyn Nihal Atsızla, kommunizm təbliğatşısı kimi tanınan şair, yazıçı Sabahattin Əlinin məhkəməsindən sonra, Ankarada piket keçirlib.

Mayın 3-də keçirilən “Ankara tətili”ni xatırlamaq məqsədilə, bir il sonra 1945-ci ildə Topxana hərbi həbsxanasında türkiyəli ziyalılar Nihal Atsız, Zeki Velidi Togan, Nevet Sança, Oğuz Türkkan daxil olmaqla 10 məhbus tərəfindən qeyd olunub. Sonrakı illərdə də davam edən bu anım tədbirləri Türkçülük Günü kimi qeyd olunmağa başlanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir