“Sabah” – “Beşiktaş” matçının başlama saatı bəlli olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230503_190702.jpg)
Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub.
Bakı klubundan “turanın səsi ” nə verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.