Kəmaləddin Heydərov dünya çempionatı ilə bağlı Təşkilat Komitəsinin iclasında iştirak edib

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı Təşkilar Komitəsinin iclasında iştirak edib.

Turanın səsi ” xəbər verir ki , Federasiyadan verilən məlumata görə, Təşkilat Komitəsinin sədri olan K. Heydərov çıxışında mötəbər yarışın Azərbaycana həvalə edilməsindən qürur hissi duyduğunu bildirib.

Daha sonra qarşıda duran məsələlər, yarış çərçivəsində baş tutacaq tədbirlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən, yubiley tədbiri Bakıda qeyd olunacaq və paytaxta 3 000-dək qonağın gəlişi gözlənilir.

Qeyd edək ki, dünya çempionatı 29 may – 4 iyun tarixlərində keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir