Rusiya, Ukrayna və Türkiyə nümayəndələri İstanbulda “Taxıl sazişi”ni müzakirə edəcəklər


Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər.

Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər.

Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir