Su polisi Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarl ilə birgə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində reyd keçirib
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “turanın səsi ” nə verilən məlumata görə, Nəqliyyatda Su Polis İdarəsinin və Kiçikhəcmi gəmliərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin fəaliyyət planına uyğun olaraq həyata keçirilən tədbir bir sıra səbəbdən önəmli xarakter daşıyıb.Reydin əsas məqsədlərindən biri may ayının 3-də Mingəçevir şəhərində açılışı nəzərdə tutulan “Prezident Kuboku 2023” beynəlxalq reqata iştirakçıları üçün çay hövzəsində onların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi üçün zəruri önləyici addımların atılması olub. Bu səbəbdən də Kür çayının Sahil parkı ərazisindən keçən hissəsində lövbərlınən və kütləvi gəzintilər üçün nəzərdə tutulmuş qayıqlar Su Polisi əməkdaşlarının müşayəti altında müvəqqəti dayanacaq yerinə köçürülmüşdür.Eyni zamanda həmin limanda yer alan kustar üsulla hazırlanmış , həmçinin qeydiyyat qaydalarına və tələblərinə cavab verməyən qayıqlar müəyyən olunaraq onların istismarına qadağa qoyulmuşdur. Reyd zamanı həm də istismar qaydalarını və tələblərini pozan kiçik həcmli gəmi və qayıq istifadəçilərinə qarşı inzibati protokollar tərtib olunub.Tədbir zamanı həm tələbləri pozan, həm də beynəlxalq reqata iştirakçılarının təhlükəsiz hərəkətinə maneə yarada biləcək 30-a qədər qayıq su polisinin müşayəti ilə müvəqqəti dayanacaq yerinə aparıllb.Uğurla başa çatan reydin sonunda FHN əməkdaşları göstərdiyi hərtərəfli dəstəyə görə Su Polisinə təşəkkürlərini çatdırıb.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI