Deputat: “Bəzi tikinti şirkətləri fırıldaqçılıqla məşğul olurlar”

0

“Fəxr ediləsi haldır ki, ölkəmizdə tikinti işləri yüksək səviyyədə davam edir. Lakin təəssüf ki, hələ də fırıldaqçılıqla məşğul olan tikinti şirkətləri var. Vətəndaşlardan pulu alıb, onları aldadaraq yubadırlar”.

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin mayın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şirkətlərdən biri də məhz “Bakı İnşaat” MMC-dir: “Həmin şirkətlə bağlı bizə rəsmi məktublar daxil olur. İnsanların pulunu alıb 4-5 aydır ki, yubadırlar. Köməkçim dəfələrlə həmin şirkətin rəhbəri ilə əlaqə saxlamaq istəsə də, zənglərə cavab verilmir, söhbətdən qaçırlar. Belə şirkətlərə qarşı müvafiq tədbirlər görülməlidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir