Filippin sahillərində gəmi neft tankeri ilə toqquşub, ölənlər var

Filippinin Korreqidor adasında Syerra-Leone bayraqlı gəmi Marşal Adaları bayrağı altında üzən tankerlə toqquşub, iki nəfər ölüb.

Bu barədə “turanın səsi ” Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Açıqlamaya görə, “MV Hong Hai 189” gəmisi artıq batıb.

Qeyd olunub ki, xilas edilən 16 nəfərdən biri, filippinli təhlükəsizlik işçisi xəstəxanada ölüb.

Axtarış nəticəsində digər cəsəd aşkarlanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir