Roma Papası Macarıstanda ukraynalı qaçqınlarla görüşüb


Roma Papası Fransisk ukraynalı qaçqınlarla görüşüb və daha yaxşı gələcəyin mümkün olduğunu deyib.

Bu barədə “turanın səsi ” “Reuters”ə istinadən xəbər verir.

“Ağrı və əzabın ortasında olsa da, sevgi balzamını aldıqdan sonra, biz irəliləməyə davam etmək üçün lazım olan cəsarət tapırıq: hər şeyin itirilmədiyinə və daha yaxşı gələcəyin mümkün olduğuna inanmaq üçün güc tapırıq”- deyə, o bildirib.

Frensis Budapeştdəki Müqəddəs Yelizaveta kilsəsinə səfəri zamanı 600-ə yaxın qaçqın, yoxsul və evsizlə görüşüb.

Papa bildirib ki, yoxsulluqdan və faciədən əziyyət çəkənlərə empatiya göstərmək, hətta ehtiyacı olanlar dinsiz olsa belə, xristianlığın ayrılmaz hissəsidir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir