İran parlamentinin üzvü: “Nazirlər deputatlara rüşvət olaraq bahalı hədiyyə və avtomobillər verirlər”

“İranda nazirlər parlamentin etimadsızlıq göstərməməsi üçün deputatlara rüşvət olaraq bahalı hədiyyə və avtomobillər verirlər”.

Turanın səsi ”  “aftabnews”ə istinadən xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini İran parlamentində təmsil edən Əhməd Əlirzabeygi deyib.

Onun sözlərinə görə, İranın sənaye, mədən və ticarət naziri Seyid Rza Fatimi Əmin etimadsızlıq göstərilməməsi üçün deputatlara 75 ədəd bahalı avtomobil təqdim edib.

Əhməd Əlirzabeygi bildirib ki, bu məsələlərlə bağlı parlament üzvlərinə başqa güzəştlər də edilib.

Deputat parlamentin rəyasət heyətindən bu imtiyazlar və hədiyyələrin səbəblərini araşdırmasını tələb edib.

O söyləyib ki, nazirin istefası ictimai tələbdir.

Qeyd edək ki, növbəti həftə sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment olunacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Rza Fatimi Əminə etimadsızlıq göstərilməsi baş tutmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir