Vüqar Bayramov: “Nazirlər Kabinetinin qərarı sahibkarlar üçün prosedurları asanlaşdırır”

0

Nazirlər Kabinetinin 10 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycanda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının dəyişməsi sahibkarlara xərclərini minimuma endirməyə və optimallaşdırmağa imkan verir.

turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, bu qərar sahibkarlar üçün yeni imkan kimi dəyərləndirilməlidir: “Qərarın özəlliyi ondan ibarətdir ki, iki halda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi təmin olunacaq. Bu da prosedurların asanlaşdırılması anlamına gəlir. Malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi olduqda və yaxud xidmət göstərilmə məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdiriləcək. Bu, sahibkarlar üçün həm prosedurların asanlaşması baxımından vacibdir, həm də malların daha asan şərtlərlə daxildə emal xüsusi prosedur altında yerləşdirilməsinə imkan yaradacaq”.

Xatırladaq ki, ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə “daxildə emal” xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi xüsusi önəm kəsb edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir