Akkuyu AES-in açılışı təxirə salınıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230428_045117.jpg)
Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi təxirə salınıb.
“Turanın səsi ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, tədbir saat 13:30-a planlaşdırılsa da, dəyişdirilərək saat 16:00-a salınıb.
Bu qərarın hansı səbəbdən qəbul olunduğu açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin tədbirə onlayn qoşulacaqdılar.