“Beşiktaş” – “Qalatasaray” matçının hakimi bəlli olub

“Beşiktaş” və “Qalatasaray” komandaları arasında keçiriləcək Türkiyə Super Liqasının XXXII tur oyununu idarə edəcək baş hakim açıqlanıb.

Turanın səsi ” in məlumatına görə, qarşılaşma Ali Şansalana həvalə edilib.

Ona Ceyhun Sesigüzel və Mehmet Emin Tuğral laynsmanlar qismində köməklik göstərəcəklər.

Ali Şansalan daha əvvəl Türkiyənin üç böyük komandası arasında gerçəkləşmiş İstanbul derbilərini idarə etməyib.

Qeyd edək ki, aprelin 30-da oynanılacaq “Beşiktaş” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir