Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Ölkəmiz çox ağır vəziyyətdədir”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_131759.jpg)
“Ermənistan çox ağır vəziyyətdədir, hazırda bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir”.
“Turanın səsi ” News.am”a istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O bildirib ki, İrəvan Qərbmeyilli olmaqda ittiham edilir: “Lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik”.
A.Qriqoryan söyləyib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.