Mayın 1-dən ibtidai siniflər üçün bir həftəlik tətil başlayır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_130820-1024x768.jpg)
Azərbaycanın orta məktəblərində mayın 1-dən etibarən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır.
“Turanın səsi ” xəbər verir ki, tətil mayın 5-dək davam edəcək.
Mayın 6-sı şənbə, mayın 7-si isə bazar gününə təsadüf etdiyindən ibtidailər ardıcıl 7 gün evdə olacaqlar. İbtidai siniflər üçün mayın 8-i dərs günüdür.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI