Estoniya Prezidenti: “Rusiya ilə gələcək mümkün deyil”

“Müharibə cinayətkarları məsuliyyətə cəlb edilmədikcə Rusiya ilə gələcək mümkün deyil”.

turanın səsi ” “ERR”ə istinadən xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis Latviya parlamentinin üzvlərinin qarşısında çıxışı zamanı deyib.

“Biz Rusiya ilə ortaq gələcək haqqında yalnız hərbi cinayətlər məhkəmə qarşısına çıxarıldıqdan sonra düşünə biləcəyik. Bizim fəaliyyət istiqamətlərimizdən biri də Ukraynaya qarşı terror və soyqırımı törətdiyinə görə Rusiya rəhbərliyinin məsuliyyətə cəlb edilməsi imkanını təmin etməkdir”-deyə, o bildirib.

Karis çıxışında Rusiyanın Ukraynada apardığı müharibə barədə danışaraq bildirib ki, təkcə Ukraynanın deyil, gələcəkdə yaşayacağımız dünyanın taleyi də təhlükə altındadır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir