İtaliya kubokunun ilk finalçısı bəlli olub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_081158.jpg)
Bu gün “İnter” və “Yuventus” arasında İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
“turanın səsi ” xəbər verir ki, qələbəni “nerazzuri” 1:0 hesabı ilə qazanıblar.
Yeganə qolu 15-ci dəqiqədə Federiko Dimarko vurub.
Komandalar arasında əvvəlki görüş 1:1 hesabı ilə başa çatmışdı.
Bugünkü qələbə sayəsində “İnter” klubu İtaliya kubokunun finalına yüksəlib.
“Fiorentina” – “Kremoneze” ikinci yarımfinalda üz-üzə gələcək. İlk görüş florensiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.