Kante “Arsenal”a keçməyə razılıq verib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_080229.jpg)
İngiltərənin “Çelsi” komandasının futbolçusu N Qolo Kante “Arsenal”a keçməyə razılıq verib.
“Turanın səsi ” in “Fichajes” nəşrinə istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi “topçular”la anlaşıb. O cari mövsümün sonunda “zadəganlar”ı Londonun digər təmsilçisinə dəyişəcək.
“Arsenal” 32 yaşlı oyunçuya 1+2 illik müqavilə təklif edib. Futbolçu agentlərinə bu komandaya keçməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, N Qolo Kante 2016-cı ildən “Çelsi”nin formasını geyinir.