Bayden Şimali Koreyanın hakim rejimini hədələyib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230427_072919.jpg)
“Koreya Xalq Demokratik Respublikasının (KXDR) ABŞ-a nüvə silahı ilə mümkün hücumu Pxenyandakı hakim rejimin məhvinə səbəb olacaq”.
” turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Cənubi Koreya Prezidenti Yun Sok Yol ilə Ağ Evdə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar atan istənilən rejimin məhvinə səbəb olacaq”, – Bayden deyib.