ABŞ Ukraynaya energetika sektoru üçün yeni avadanlıqlar göndərəcək

Ukrayna tezliklə ABŞ Energetika Nazirliyindən energetika sektoru üçün avadanlıqların doqquzuncu partiyasını alacaq.

turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qrenholm ölkə Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

“ABŞ müəssisələri tərəfindən bizə verilən və ya onlardan aldığımız avadanlıqlarla dolu doqquzuncu təyyarəni göndərməyə hazırlaşırıq. Bundan əlavə, Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ilə birlikdə Ukraynada radiasiya aktivliyini qeydə almaq üçün sensorlar quraşdırmışıq və Ukraynadakı insanların radiasiya ilə bağlı vəziyyətlərdə nə etməli olduqlarına dair təlimlər keçirik”, – o deyib.

Nazir qeyd edib ki, Ukraynada gələcək enerji şəbəkəsinin işlənib hazırlanması da qurumun diqqət mərkəzindədir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir