Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mayın 16-da və 23-də təşkil edəcəyi hərraclara ümumilikdə 57 dövlət əmlakı çıxarılacaq.

Bu barədə “turanın səsi ” nə Dövlət Xidmətindən bildirilib.

Mayın 16-da keçiriləcək hərracda 8 kiçik dövlət müəssisəsi, 24 avtomobil alıcılara təqdim ediləcək. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, iaşə obyektləri, mağaza da var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya və Yaponiya istehsalıdır.

Mayın 23-də keçiriləcək hərraca isə 3 səhmdar cəmiyyətinin səhm paketi, 22 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri inşaat, sənaye sahələrinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq mümkündür.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir