İspaniya La Liqası: “Real Madrid” səfərdə məğlub olub

İspaniya La Liqasında XXXI turun oyunları keçirilir.

Turanın səsi ” in məlumatına görə, “Real Madrid” səfərdə “Jirona”nın qonağı olub. Görüş “kral klubu”nun 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Meydan sahiblərinin heyətində bütün qolları Valentin Kastelyanos vurub. Argentinalı hücumçu 12, 24, 46 və 62-ci dəqiqələrdə fərqlənib. Madrid təmsilçisinin qollarına isə 34-cü dəqiqədə Vinisius Junior və 85-ci dəqiqədə Lukas imza atıb.

Bu nəticədən sonra xallarını 41-ə çatdıran “Jirona” 9-cu pillədəki mövqeyini qoruyub. 65 xalı olan “Real Madrid” isə ikincidir.

Qeyd edək ki, turnir cədvəlinə 76 xalla “Barselona” başçılıq edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir