Moldovanın Rusiyadakı səfirliyinin birinci katibi “persona-non-qrata” elan edilib

Moldovanın Rusiyadakı səfirliyinin birinci katibi Valeriu Manya “persona-non-qrata” elan edilib.

Turanın səsi ” nə  TASS-a istinadən xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Moldovanın aprelin 19-da verdiyi qərara uyğun olaraq, ölkə səfirliyinin diplomatı “arzuedilməz şəxs” elan olunub.

Qeyd edək ki, Moldovanın Moskvadakı səfiri Lilian Dariy aprelin 25-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Xatırladaq ki, Rusiyanın Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov ötən həftə Moldovanın paytaxtı Kişineuya gedib. Lakin Moldova hökuməti onun hava limanında təyyarədən enməsinə icazə verməyib. Bundan başqa, ötən həftə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirmişdi ki, Kişineu Rusiya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs (“persona non-qrata”) elan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir