Estoniyalı general: “Rusiya parçalanacağı halda Ukraynada müharibə bitəcək”

“Rusiyanın daha ​​kiçik və gücsüz ölkələrə parçalanacağı halda Ukraynada müharibənin sülh yolu ilə həlli mümkündür”.

Turanın səsi ”  “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin baş komandanı general Martin Herem bildirib.

Onun sözlərinə görə, Rusiyanın daha kiçik və zəif ölkələrə parçalanması istisna olmaqla Ukraynada münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara biləcək heç nə yoxdur: “Mən Ukraynada müharibənin xoşbəxt sonunu görmürəm”.

General deyib ki, bu, Estoniya kimi ölkələr üçün öz sərhədləri daxilində təhlükəsizliyinin daimi təhdidinə hazır olması deməkdir.

Baş komandanın qənaətincə, onlar getdikcə daha çox İsrailin düşdüyü vəziyyətə doğru irəliləyirlər: “Yəni biz daim nəyinsə baş verəcəyinə hazır olmalıyıq”.

Bir müddət əvvəl Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, müharibənin sonu 1991-ci il sərhədlərinə qayıdışla nəticələnəcək: “Əks halda, Krım və ya Donbas geri qaytarılmasa, bütün bu ərazilər Ukraynanın nəzarətinə qayıdana qədər müharibə davam edəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir