Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turanın səsi ” nə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI