ABŞ müəyyən şərtlər daxilində KXDR-ə humanitar yardım göstərməyə hazırdır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230425_072932.jpg)
ABŞ istənilən vaxt, istənilən yerdə Koreya Xalq Demokratik Respublikası ilə (KXDR) danışıqlara hazırdır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə bazar ertəsi brifinqdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
O, ölkəsinin müəyyən şərtlər daxilində KXDR-ə humanitar yardım göstərməyə açıq olduğunu bəyan edib.
“Biz ciddi problemlərin həlli üçün istənilən vaxt və hər yerdə görüşməyə hazırıq. KXDR xalqına kömək etmək üçün müvafiq təminatlarla humanitar yardım göstərməyə açığıq”, – deyə o əlavə edib.