Türkiyənin ABŞ-dəki səfirliyinin qarşısında “Erməni yalanlarına son” aksiyası keçirilib

Türkiyənin Vaşinqtondakı səfirliyinin iqamətgahı qarşısında “Erməni yalanlarına son” adlı aksiya keçirilib.

Turanın səsi ” in xəbərinə görə ,aksiya qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı ABŞ ermənilərinin Nyu-York, Los-Anceles və Vaşinqton şəhərlərində keçirdiyi kütləvi aksiyalara cavab və erməni yalanlarına diqqət çəkmək məqsədilə təşkil olunub.

Aksiyada Vaşinqtonda yaşayan türk və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Türkiyə, Azərbaycan və ABŞ bayraqları ilə diplomatik missiyanın qarşısına gələn mitinq iştirakçıları faktlarla erməni yalanlarını ifşa ediblər. Çıxışlarda bildirilib ki, tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Ancaq ermənilər həmin illərdə və tarixin müxtəlif dövrlərində çoxsaylı silahlı dəstələr yaradıb ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani davranışlar həyata keçiriblər. Çıxışlarda ermənilərin iddia etdiyi soyqırımının yalan olduğu vurğulanıb.

Aksiyada 1970-ci illərdə ASALA tərəfindən qətlə yetirilən onlarla türk diplomatının şəkilləri də nümayiş etdirilib.

ABŞ-nin yerli mətbuatı və müxtəlif kütləvi informasiya vasitələri aksiyaya maraq göstəriblər.

Erməni yalanlarının ifşa olunduğu şüarlar səsləndirilən aksiya insidentsiz başa çatıb.

Qondarma “soyqırımı”nın ildönümü Nyu-Yorkda yerləşən “Türk evi”nin qarşısında və “Times” meydanında da qeyd olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir