Sudanda Misir səfirliyinin avtomobili atəşə tutulub, diplomat ölüb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20201115_2_45382000_59790077-1024x683.jpg)
Sudanın paytaxtı Xartumda Misir səfirliyinin avtomobili atəşə tutulub.
“Turanın səsi ” “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində diplomat ölüb.
Telekanalın məlumatına görə, nəqliyyat vasitəsi hərbi attaşenin köməkçisinə məxsus olub.
Rəsmi Qahirə olayla bağlı hələlik açıqlama verməyib.