Zelenski Ukraynanın 2 mindən çox şəxsi Rusiya əsirliyindən azad etdiyini açıqlayıb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230216_234004-1.jpg)
Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2 000-dən çox insanı Rusiya əsirliyindən azad edib. Onların 140-ı mülki şəxslərdir.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın Baş naziri Kaya Kallas ilə keçirdiyi birgə brifinqdə açıqlayıb.
“Bu müddət ərzində biz 2 238 nəfəri əsirlikdən azad etmişik. Mərkəz (məhbusların axtarışı və azad edilməsi üzrə – red.) 24 saat işləyir. Bu 2 238 nəfərdən 140 nəfəri mülki şəxslərdir. Biz həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsi üzərində işləyirik”, – dövlət başçısı vurğulayıb.