Deputat: “Azərbaycan Qran Prisi dünyanın diqqət mərkəzindədir”

0

“Formula 1” üzrə Azərbaycan Qran Prisi önəmli beynəlxalq yarış kimi dünyanın diqqət mərkəzindədir”.

Turanın səsi ” in mətbuata açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu, hərtərəfli inkişafa nail olan Azərbaycanın, həmçinin, bir idman ölkəsi kimi də uğurlarından xəbər verir: “Heç şübhəsiz, bundan öncəkilər kimi, bu yarış da maraqla izləniləcək. Onu da qeyd edim ki, heç də bütün ölkələrə bu turnirlərin təşkilinə icazə verilmir”.

Deputat bildirib ki, müstəqil Azərbaycanın əldə etdiyi uğurların, o cümlədən, Vətən müharibəsindəki tarixi zəfərin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət dayanır: “Bildirmək yerinə düşər ki, Azərbaycanı hər keçən gün yeni-yeni uğurlara aparan bu siyasət özünü idman sahəsində də göstərir. Məhz bunun nəticəsidir ki, dünyanın nüfuzlu idman təşkilatları, həmçinin, federasiyalar beynəlxalq yarışların keçirilməsi üçün ev sahibliyi məsələsində Azərbaycana üstünlük verirlər”.


Daha əvvəl taekvondo və karate ilə məşğul olmuş Vüqar İskəndərov bunun səbəbsiz olmadığını əlavə edib: “Məsələ burasındadır ki, Azərbaycan bütün sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən, beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib, necə deyərlər, bunun nümunəsini yaradıb. Yəni Azərbaycanın həmin tədbirlərə yüksək səviyyədə hazırlığı, bu tədbirləri dünya standartalarına uyğun şəkildə keçirməsi, xarici qonaqlara, idmançılara göstərilən həssas yanaşma, nümayiş etdirilən qonaqpərvərlik uzun illər müzakirə mövzusu olub. Bu addımlar digər ölkələr üçün nümunə göstərilib. Bir vacib məqamı qeyd edim ki, Birinci Avropa Oyunlarını Azərbaycan o qədər yüksək səviyyədə təşkil etdi ki, əksər ölkə liderləri bundan yüksək səviyyənin nümayiş etdirilməsinin çətin olacağını etiraf etdilər. Məsələn, 2016-cı ilin oktyabrında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəni qəbul edən Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi ki, Belarus Avropa Oyunları keçirərkən Azərbaycanın təcrübəsindən yararlanacaq. A. Lukaşenko bildirmişdi ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini də vurğulayaraq, “Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”, – deyib”.

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 28-30 apreldə olacaq.

Qeyd edək ki, Vüqar İskəndərov 1996-cı ildə taekvondo üzrə Dünya Kubokunda bürünc medal qazanıb, 2001-ci ildə II dan qara kəmər ustası adına layiq görülüb. V.İskəndərov 2003-cü ildə şotokan karate-do üzrə Avropa çempionu olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir