Yeni Zelandiyada güclü zəlzələ olub, sunami təhlükəsi elan edilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230424_075659.jpg)
Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, zəlzələnin ocağı isə 33,6 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.