Burkina-Fasoda 60-a yaxın adam öldürülüb

Burkina-Fasonun şimalındakı Karma kəndində ölkənin silahlı qüvvələrinin geyimində olan insanların hücumu nəticəsində 60-a yaxın adam öldürülüb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli prokuror Lamine Kaboreyə istinadən məlumat yayıb.

Agentlik onun sözlərini sitat gətirib: “Karma kəndində 60-a yaxın insan ölkənin silahlı qüvvələrinə aid forma geymiş şəxslər tərəfindən öldürülüb”

Prokuror hücum edənlərin kənddən müxtəlif qiymətli əşyaları apardığını bildirib.

Agentliyin məlumatına görə, hadisə islamçılar olduğu iddia edilən Aorema kəndi yaxınlığındakı hücumda 6 əsgər və 34 milis əməkdaşının öldürülməsindən bir həftə sonra baş verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir