Sorğu: Respublikaçıların təxminən 70%-i Trampın prezidentliyə namizədliyini dəstəkləyib

Republican presidential candidate Donald Trump acknowledges the crowd after addressing a GOP fundraising event, Tuesday, Aug 11, 2015, in Birch Run, Mich. Trump attended the Lincoln Day Dinner of the Genesee and Saginaw county Republican parties. (AP Photo/Carlos Osorio)

ABŞ-da Respublikaçı seçicilərinin təxminən 70%-i keçmiş prezident Donald Trampın ona qarşı iddialara baxmayaraq, qarşıdan gələn 2024-cü il seçkilərində ən yüksək vəzifəyə namizəd kimi irəli sürülməsinin tərəfdarıdır.

turanın səsi ” xəbər verir ki, bunu “NBC” televiziya şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğu aprelin 14-18-də keçirilib və 1000 amerikalı seçici iştirak edib. Təqdim olunan məlumatlardan göründüyü kimi, respublikaçıların 68%-i Trampı partiyanın namizədliyinə yeganə layiqli namizəd hesab edir, ona qarşı irəli sürülən ittihamların siyasiləşdiyini və onun prezident seçilməsinə mane olmaq məqsədi daşıdığını düşünür.

Trampa qarşı irəli sürülən ittihamlar fonunda ən yüksək dövlət vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı respublikaçıların tərəfdarları arasından respondentlərin yalnız 26%-i çıxış edib.

Eyni zamanda, hər iki partiyanın tərəfdarları arasında seçicilərin əksəriyyəti (52%) Trampa qarşı ittihamları haqlı hesab edir, respondentlərin 43%-i isə əks mövqedədir. Ümumilikdə, hər iki partiyadan olan seçicilərin əksəriyyəti (60%) Trampın prezidentlik yarışında iştirak etməməli olduğunu bildirib.

Hazırkı amerikalı liderə gəlincə, respondentlərin 70%-i oxşar mövqedədir. Onların əksəriyyəti (48%) Co Baydenin səhhətini onun mümkün yenidən seçilməsi ilə bağlı fikirlərinə təsir edən əsas amillərdən biri kimi göstərir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir