Xaçmazda itkin düşən məktəbli qardaşlar tapılıb – YENİLƏNİB-2

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bu barədə “turanın səsi ” nə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

13:50

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş valideynləri ilə əlaqə saxlayıb. 

“Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər”, – o söyləyib.  

11:04

Xaçmazda iki qardaş itkin düşüb.

Bu barədə “turanın səsi ” nə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir