Lionel Messi Liqa 1-də tarixə düşüb
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230422_192745.jpg)
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.
“Turanın səsi ” “Stats Foot” nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna “Anje”yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.
Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.
Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.