Türkiyədə zəlzələdən zərərçəkənlər üçün tikilən ilk evlər sabah təhvil veriləcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/FB_IMG_1682108554722.jpg)
“Aprelin 22-də zəlzələdən zərərçəkən vətəndaşlarımız üçün inşa olunan ilk evləri təhvil verəcəyik”.
“Turanın səsi ” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Memar Sinan məscidində qılınan bayram namazından sonra bildirib.
O xatırladıb ki, bu il Ramazan bayramı 11 əyalətdə baş verən təbii fəlakətə görə şadyanalıqla keçirilmir: “Çünki bayramı öz evində keçirə bilməyən, bayram edə bilməyən qardaşlarımız var. Zəlzələdən sağ çıxan ailələrimizin, ana və atalarımızın əllərindən öpürəm. Bütün Türkiyənin bayramını təbrik edirəm”.