Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/zelensky_031822-3.jpg)
“Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak etməyə razılıq verib”.
“Turanın səsi ” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.
O həmçinin qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin tədarükü və mövcud qırıcıların yanacaq, ehtiyat hissələri, texniki xidmət və s. ilə təmin olunması vacib məsələdir.
Xatırladaq ki, NATO-ya üzv ölkələrin növbəti sammitinə iyulun 11-12-də Litvanın paytaxtı Vilnüs ev sahibliyi edəcək.