Yaponiya Rusiyaya işlənmiş avtomobillərin ixracını qadağan edə bilər
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230421_100624.jpg)
G7 (Böyük Yeddilik – red) Rusiya Federasiyasına malların ixracına demək olar, tam qadağa qərarı versə, Yaponiyanın hakimiyyət orqanları hazırda həmin ölkəyə əsas ixrac məhsullarından biri olan işlənmiş avtomobillərin tədarükünü qadağan edə bilər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Hazırda Yaponiya Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar çərçivəsində bu ölkəyə dəyəri 6 milyon iendən (hazırkı məzənnə ilə təxminən 45 min ABŞ dolları) olan avtomobillərin ixracını dayandırıb. Embarqo genişləndiriləcəyi təqdirdə digər avtomobillərin, o cümlədən işlənmiş nəqliyyat vasitələrinin də ixracı qadağan edilə bilər.
“Bu, çox güman ki, Yaponiya şirkətlərinə və regional iqtisadiyyata təsir göstərəcək”, – “Kyodo” yazıb.
Bundan əlavə, siyahını avtomobil təkərləri, kosmetika və geyim məhsulları da daxil etməklə genişləndirmək olar.