Almaniya Polşa və Slovakiya ilə sərhədlərindən “Patriot” sistemlərini çıxarmağı planlaşdırır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230421_092214.jpg)
Almaniya 2023-cü ildə Polşa və Slovakiya ilə şərq sərhədlərindən “Patriot” hava hücumundan müdafiə sistemlərini çıxarmağa hazırlaşır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Funke” redaksiya qrupunun qəzetləri məlumat yayıb.
“Biz planlarımızı bu ölkələrə çatdırdıq. Təbii ki, vəziyyətin potensial dəyişikliyinə cavab verə bilmələri üçün tərəfdaşlarımızla daimi əlaqə saxlayırıq”, – Almaniya Müdafiə Nazirliyinin sözçüsü deyib.
“Patriot” sistemi və ona xidmət edən alman hərbçiləri yanvarın ortalarında Polşada yerləşdirilib. Bu silah ötən il noyabrın 15-də Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin raketinin respublikaya düşməsindən sonra verilib.