Rusiyada ermənilər polis tərəfindən kütləvi şəkildə saxlanılır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230421_091451.jpg)
Rusiya Erməniləri İttifaqı Ryazan şəhərində ermənilərin kütləvi saxlanması barədə məlumat yayıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
“Həqiqətən bir növ təqib var: onları işdən, kafedən, restoranlardan aparırlar. Hamını aparırlar. O cümlədən qadınları, əgər onlar erməni millətindəndirsə. Onları polis şöbəsinə aparırlar, orada (xüsusi) heç bir iş görmürlər, ifadələrini alır, əl izlərini götürür və buraxırlar, amma bu hallar kütləviləşib”, – Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyants deyib.
Ryazan vilayətinin erməni icması rəhbərinin müavini Robert Alixanyan saxlanılmaların səbəblərini açıqlayıb. “İcma rəhbərliyinə izah etdilər ki, bütün bunlar 3 erməni barəsində cinayət işinin başlanması ilə əlaqədardır. Onlar kafedə məişət münaqişəsi zəminində Özbəkistan vətəndaşları ilə dava ediblər”, – Alixanyan bildirib.
İcma rəhbəri qeyd edib ki, Özbəkistan vətəndaşları il dava edən ermənilər ərazidən qaçıb. Polis hazırda onları axtarır.