Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

UEFA Avropa Liqasında son yarımfinalçının adı məlum olub.

Turanın səsi ” in məlumatına görə, 1/4 finalın cavab oyununda Niderland “Feyenoord”una 4:1 hesabı ilə qalib gələn İtaliya “Roma”sı növbəti mərhələyə vəsiqə qazanıb.

Matçın əsas vaxtı “canavarlar”ın üstünlüyü ilə tamamlanıb – 2:1. Ümumi hesab bərabərləşdiyindən əlavə vaxt oynanılıb. Hər hissədə bir qol vuran meydan sahibləri yarımfinala adlayıblar. Bu mərhələdə romalılar Almaniya “Bayer”i ilə qarşılaşacaq. Digər yarımfinal matçı isə İtaliya “Yuventus”u ilə İspaniya “Sevilya”sı arasında olacaq.

Görüşlər mayın 11-i və 18-də keçiriləcək.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel

23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland) – 2:1 (ƏLAVƏ VAXTDA – 2:0)
Qollar:
 Leonardo Spinatsola, 60. Paulo Dibala, 89. Stefan El-Şaaravi, 101. Lorentso Pelleqrini, 108 – İqor Payşau, 80
Qırmızı vərəqə: Santyaqo Ximenes, 119 (“Feyenoord”)
İlk oyun – 0:1

01:00

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra 3 yarımfinalçı bəlli olub.

Turanın səsi ” in məlumatına görə, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Almaniyanın “Bayer” klubları növbəti raunda vəsiqə qazanıblar.

İtaliyada “Roma” və Niderland “Feyenoord”u arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılacaq.

UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
20 aprel

23:00. “Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 3:0
Qollar:
 Yussef En-Nesiri, 8. Loik Bade, 47
İlk oyun – 2:2

23:00. “Sportinq” (Portuqaliya) – “Yuventus” (İtaliya) – 1:1
Qollar: 
Markus Edvards, 20 (penalti) – Adrien Rabyo, 9
İlk oyun – 0:1

23:00. “Union” (Belçika) – “Bayer” (Almaniya) – 1:4
Qollar: 
Kasper Terho, 64 – Mussa Diabi, 2. Mitçel Bakker, 38. Ceremi Frimponq, 60. Adam Qlojek, 79
İlk oyun – 1:1

23:00. “Roma” (İtaliya) – “Feyenoord” (Niderland) – 2:1 (ƏLAVƏ VAXT)
Qollar:
 Leonardo Spinatsola, 60. Paulo Dibala, 89 – İqor Payşau, 80
İlk oyun – 0:1

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir