AZAL mayın sonunadək aviabiletlərə 25 %-lik güzəşt aksiyasına başlayıb
“Azərbaycan Hava Yolları” Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25% güzəşt təqdim edir.
“Turanın səsi ” xəbər veririr ki , bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, endirimli aviabiletləri aprelin 21-24-ü aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə 2023-cü il mayın 3-31-i daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.
Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.
Belə ki, AZAL-ın Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlarına 25% güzəşt tətbiq edilir: London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər).
Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.