KİV: “Qərb Ukraynaya nüvə zərbəsi endirilməsi halında fövqəladə planlar hazırlayır”

0

Avropa və ABŞ siyasətçiləri Rusiyanın Ukrayna ərazisinə nüvə zərbəsi endirəcəyi təqdirdə fövqəladə vəziyyət planları hazırlayır.

TURANIN SƏSİ”xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

“Biz Kremlə birbaşa, çox yüksək səviyyədə dedik ki, nüvə silahından istənilən istifadə Rusiya üçün fəlakətli olacaq. ABŞ və müttəfiqlərimiz buna sərt cavab verəcəklər və bunun nə ilə nəticələnəcəyini aydın və konkret şəkildə bəyan etmişik”, – ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

ABŞ-ın adı çəkilməyən yüksək rütbəli rəsmisinin sözlərinə görə, əgər Rusiya hakimiyyəti nüvə təhlükəsinin Ukraynanı təslim olmaq və ya ərazisinin 20 faizini verməklə qorxudacağını və ya müttəfiqlərini Ukraynaya kömək etməməklə qorxudacağını düşünürsə, xeyli yanılırlar.

Digər iki adı çəkilməyən Qərb rəsmisi bildirib ki, Ukraynaya nüvə zərbəsi çətin ki ekvivalent qisasla nəticələnsin və çox güman ki, Qərb dövlətləri Rusiyanı cəzalandırmaq üçün hərbi cavab tədbirləri görəcəklər.

Bir sıra rəsmilər əmindirlər ki, əgər Rusiya Prezidenti Vladimir Putin nüvə silahına əl atsa, ən çox ehtimal olunan ssenari yalnız döyüş meydanında istifadə üçün nəzərdə tutulmuş taktiki nüvə silahlarından istifadə etmək olacaq.

Bəzi hərbi ekspertlərin fikrincə, Rusiya nüvə silahından istifadə etməklə hədələmək və ondan faktiki istifadə etməkdənsə, güzəştlər almağı üstün tutur. Bundan əlavə, Ukraynaya müdaxilə başlayandan bəri Rusiya hərbi qüvvələrinin zəif koordinasiyası onu deməyə əsas verir ki, nüvə zərbələri hərbi əməliyyatların nəticəsini dəyişməyə bilər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir