Polşanın Avropa İttifaqındakı (Aİ) səfiri Fransanı Ukrayna üçün hərbi sursatın birgə alınması ilə bağlı danışıqları mürəkkəbləşdirməkdə ittiham edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Politico” qəzeti üç diplomata istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Fransanın Aİ-dəki səfiri polşalı həmkarını mətbuatda Parisi Ukrayna üçün birgə döyüş sursatı alınmasına dair yekun sazişin bağlanmasına maneçilik törətdiyinə görə qınamaqda ittiham edib. İttihamlara cavab olaraq polşalı məmur bildirib ki, Paris davam edən danışıqları ancaq çətinləşdirir.

Qəzet daha öncə yazmışdı ki, Aİ ölkələri Ukrayna üçün döyüş sursatının alınması üçün silah razılaşmalarının yalnız Aİ şirkətləri ilə bağlanacağı və ya digər ölkələrin istehsalçıları üçün açıq olacağı ilə bağlı fikir ayrılığına malikdirlər. Nəşr qeyd edib ki, Paris Aİ şirkətləri ilə razılaşmaların bağlanmasının tərəfdarıdır.

Mübahisələrin fonunda Aİ Şurasına sədrlik edən İsveç “Politico” qəzetinin tanış olduğu razılaşmanın yenilənmiş mətnini təklif edib. Qəzet yazıb ki, sənəd qarşıdan gələn müqavilələri “İttifaqda və Norveçdə yaradılmış təsərrüfat operatorları ilə məhdudlaşdırır”. Hələlik razılıq əldə olunmayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir