Sukerberq “WhatsApp” əməkdaşlarını kütləvi şəkildə ixtisar etməyi planlaşdırır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230420_034821.jpg)
ABŞ-nin “Meta” korporasiyası işçilərin yeni kütləvi ixtisarına başlamaq qərarına gəlib, “WhatsApp” və “Instagram”ın komandaları yenidən qurulacaq.
“turanın səsi ” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
İxtisarlar təsisçi Mark Sukerberqin bu il İT nəhənginin səmərəliliyini artırmaq istəyindən irəli gəlir.
“Şirkət menecerlərə aprelin 19-da işdən çıxarma elanlarına hazırlıqlı olmalarını söyləyib, məlumat xidməti bildirişlə göndərilib”, – məqalədə qeyd olunub.
Bildirilib ki, ixtisarlar həmçinin “Facebook”, “WhatsApp”, “Instagram” və şirkətin virtual reallıq və qadcetlərini hazırlayan “Reality Labs” şirkətlərinin əməkdaşları arasında da aparılacaq.