Bu gün tanınmış kinorejissor, televiziya rejissoru, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi Arif Babayevin doğum günüdür

Arif Hacı oğlu Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub.

İçərişəhərdə doğulan, İçərişəhər sevgisini son nəfəsinə qədər ürəyində gəzdirən Arif Babayev milli kinomuzda İçərişəhərin tərənnümçüsü, poetik kinonun yaradıcısı olub.

İçərişəhər, onun ecazkar dünyası, uşaqlığı, gəncliyi, şirin xatirələri, heç bitməyən sevdası idi…
Və beləcə, içərisində İçərişəhər gəzdirən adam – Arif Babayev günün birində bu sevgisi ilə birgə getdi və özünün yeni dünyasına qovuşdu.

Azərbaycanın görkəmli nümayəndəsini rəhmətlə anırıq!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir