DİN-in mətbuat xidmətindən verilən məlumatlar (18.04.2023)

0

DİN-in mətbuat xidmətindən verilən məlumata görə ⤵️

Aprelin 18-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. – Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. – Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

X X X

Polis əməkdaşlarının aprelin 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

X X X

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,4 kiloqramdan artıq heroin, 2,5 kiloqramdan çox marixuana, 114 qram tiryək, 28 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

X X X
Quldurluq

Aprelin 18-də saat 1 radələrində Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini T.Məmmədova bıçaqla xəsarət yetirərək mobil telefonunu quldurluq yolu ilə talanmaları barədə polisə məlumat daxil olub.

Bu barədə “Turanın səsi nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Mirzə Hüseynov, Fərid Elayev və Əli İbrahimzadə müəyyən olunaraq saxlanılıblar. M.Hüseynovun borclu şəxs qismində axtarışda olması da müəyyən olunub.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

X X X


Soyğunçuluq

Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.

X X X


Oğurluq

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 5-də Sumqayıt şəhər sakini olan bir nəfərin bank hesabından 2890 manatını oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Sübhan Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

X X X


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub

Aprelin 18-də saat 12 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Cavid Əliyevin avtomobili sənədsiz və narkotik vasitələrin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

X X X

Narkotik vasitənin təsiri altında avtomobil idarə edənlər


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati qaydada həbs olunub.

Aprelin 18-də saat 9 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil əks istiqamətdə hərəkət etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, İsmayıllı rayon sakini İsrəfil Alızadənin narkotik vasitələrin təsiri altında avtomobili idarə etməsi müəyyən olunduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci və 511.1.2-ci maddələri ilə protokol tərtib edilib.
Sabunçu rayon məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

X X X

Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.

DİN-in mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir.

X X X
Saxta pul

Aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

X X X
Oğurluq

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.

X X X

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov:
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

xxxxxxxxxxxxxxxxxxxxx

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir